"Bakı Metropoliteni" QSC haqqında

07 Noyabr 2014 0:00

Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağaxanov Məhəmməd Sevzixan oğlu
Babayev Həmzə Şabanəli oğlu
Bəkirov Aydın Yavər oğlu
Cəfərov Kamal Namiq oğlu
Cəfərov Qiyas Nəbi oğlu
Əhmədov Vahid Oruc oğlu
Əmirov Fəxrəddin Əmiran oğlu
İsmayılov Kamran Kamal oğlu
Qədirov Məzahir Ağahüseyn oğlu
Orucov Ağaismayıl İsmayıl oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2014-cü il.