"Bakı Metropoliteni" QSC haqqında

17 Fevral 2003 0:00

Bakı metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhərində sərnişinlərin daşınmasında müstəsna əhəmiyyətini nəzərə alaraq Bakı metropoliteni işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1.2003-cü il mart ayının 1-dən Bakı metropoliteni işçilərinin əmək haqları orta hesabla 50 faiz artırılsın.
2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2003-cü il