"Bakı Metropoliteni" QSC haqqında

07 Noyabr 2012 0:00

Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Osmanov Əlixan Qədiroviç
Rəsulov Arif Yunis oğlu
Tağı-zadə Fuad Çingiz oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2012-ci il.