"Bakı Metropoliteni" QSC haqqında

07 Oktyabr 2005 0:00

Dəmiryolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın dəmiryolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq qərara alıram:
1. Hər il oktyabrın 13-ü - müstəqil Azərbaycan dəmir yolunun təşkil edildiyi gün - Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü elan edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 oktyabr 2005-ci il