"Bakı Metropoliteni" QSC haqqında

05 Oktyabr 2002 0:00

Yanğınsöndürənlərin peşə bayramı gününün təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Demokratik Respublikasında 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandasının təsis edilməsini əsas tutaraq qərara alıram:
1. Hər il oktyabrın 10-u Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd edilsin.
2. Bu Sərəncam imzalandığı gündәn qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2002-ci il