"Bakı Metropoliteni" QSC haqqında

25 Aprel 2008 0:00

Bakı Metropoliteninin «Bakı Soveti» stansiyasının adının dəyişdirilərək «İçərişəhər» adlandırılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Bakı Metropoliteninin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı Metropoliteninin «Bakı Soveti» stansiyasının adı dəyişdirilərək «İçərişəhər» adlandırılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur RASİZADƏ
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 aprel 2008-ci il