"Bakı Metropoliteni" QSC haqqında

02 Mart 2012 0:00

Bakı metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının adının dəyişdirilərək «Koroğlu» adlandırılması haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Bakı metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının adı dəyişdirilərək «Koroğlu» adlandırılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 2 mart 2012-ci il