"Bakı Metropoliteni" QSC haqqında

28 Avqust 2008 0:00

Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 Bakı Metropoliteni işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. 2008-ci il sentyabrın 1-dən Bakı Metropoliteni işçilərinin əməkhaqları orta hesabla 25 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 avqust 2008-ci il.