"Bakı Metropoliteni" QSC haqqında

04 Fevral 2008 0:00

Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Bakı Metropoliteni işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. 2008-ci il yanvarın 1-dən etibarən Bakı Metropoliteni işçilərinin əməkhaqları orta hesabla 30 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2008-ci il