"Bakı Metropoliteni" QSC haqqında

18 Mart 2011 0:00

Əlavə №2: Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Əlavə №2
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il “18” mart tarixli
1408 nomrəli Sərəncamı ilə
təsdiq edilmişdir

Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair
Dövlət Proqramı

1.Giriş

Son illərdə Bakı şəhəri ərazisinin genişləndirilməsi və əhalisinin artması nəticəsində paytaxt müasir infrastruktura malik meqapolisə cevrilməkdədir. Əldə edilmiş iqtisadi nailiyyətlər nəticəsində xalqımızın maddi rifahının yaxşılaşması, əhalinin məşğulluq səviyyəsinin artması, yeni iş yerlərinin açılması ilə əlaqədar olaraq Bakı şəhərində əhalinin hərəkətinin intensivləşməsi, həmçinin paytaxtımıza turist axınının güclənməsi şəhər infrastrukturunda aparıcı yer tutan nəqliyyat sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini labüd etmişdir.
Avtomobil yollarında tıxacların aradan qaldırılması və nəqliyyatın hərəkətində rahatlığın təmin edilməsi üçün bir sıra yeni küçə və yollar salınmış, Bakı şəhərinin əsas giriş-çıxış yolları genişləndirilmiş, yeni yol qovşaqları, avtomobil tunelləri və piyada keçidləri inşa edilərək əhalinin istismarına verilmiş, həmçinin şəhər sərnişin daşınmasında istifadə üçün iritutumlu avtobusların alınmasına müvafiq vəsait ayrılmışdır. Bundan başqa, şəhər nəqliyyatının vahid mərkəzdən idarə edilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə nəqliyyatda intellektual idarəetmə sisteminin yaradılması istiqamətində də müvafiq layihələr həyata keçirilmişdir.
Eyni zamanda, əhalinin rahat, maneəsiz və sürətlə daşınmasında mühüm yer tutan və ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan metropolitenin təkmilləşdirilməsi və genişləndirilməsi diqqət mərkəzində olmuş və bu istiqamətdə də xeyli işlər görülmüşdür.
Bakı Metopoliteni fəaliyyət göstədiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 33 kilometrlik yeraltı polad yolları əhatə edən şəbəkəyə çevrilmiş, orta illik sərnişindaşıma 175 milyon nəfərə çatmışdır.
Son iki ildə “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı inşa edilərək, əhalinin istifadəsinə verilmiş, “İçərişəhər” stansiyası tamamilə yenidən qurulmuşdur.
Tikinti və yenidənqurma işləri ilə yanaşı, Bakı metropoliteninin vaqon parkının yeniləşdirilməsi üçün təzə metro vaqonları alınmış, metronun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə müxtəlif maşın, mexanizm və avadanlıq, o cümlədən müasir ekskalatorlar alınaraq quraşdırılmış, habelə dünyanın aparıcı ölkələrinin təcrübələrinə uyğun olaraq, müasir texnalogiyalar əsasında Bakı metropoliteni obyektlərində təhlükəsizlik və videomüşahidə şəbəkəsinin yaradılmasına başlanılmışdır. Həmçinin, metro tikintisində ən vacib komponent olan tunellərin qısa müddətdə və daha az məsrəflə qazılması üçün müasir tunelqazma kompleksi alınmışdır. Bunun nəticəsində tunellərin daha sürətlə tikilməsinə və material sərfində qənaətə nail olunacaqdır.
“Bakı Metropoliteninin perspetiv inkişafı ilə baglı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli Sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, ixtisaslaşmış xarici şirkətlərin iştirakı ilə əhalinin məskunlaşma coğrafiyası, hərəkətin intesivliyini yaradan amillər, həmcinin digər nəqliyyat vasitələri ilə uzlaşma imkanları nəzərə alınmaqla, Bakı şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin uzunmüddətli Konseptual İnkişaf Sxemi hazırlanmışdır.
Konseptual İnkişaf Sxemi Bakı Metropoliteninin mövcud şəbəkəsinin 2030-cu ilədək olan müddətdə mərhələlərlə genişləndirilməsini və nəhəng metro şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Bu Dövlət Proqramı Konseptual Sxemdə nəzərdə tutulan ardıcıllıq və prioritetlərə uyğun olaraq, yaxın beş il ərzində bir yeni xəttin tikintisinə başlanılmasını və mövcud xətlərin tikintisinin davam etdirilməsini, yeni stansiyaların və elektrik depolarının inşasını, təzə vaqonlar alınmasını və ilk növbədə metropolitendə qatarların hərəkət təhlükəsizliyinin və fasiləsiz elektrik enerjisi təchizatının təmin edilməsi ücün ən mütərəqqi texnalogiyanın və müasir avadanlığın tətbiqini, habelə müvafiq kadrlar hazırlanmasının əsas istiqamətlərini müəyyən edir.

2. Dövlət Proqramının əsas məqsəd və vəzifələri

Dövlət Proqramının əsas məqsədi Bakı Metropoliteninin mövcud şəbəkəsinin genişləndirilməsini və yeni xətlərin inşasını təmin etməklə digər ictimai nəqliyyat növlərinin yükünün azaldılmasını, metropolitenin vaqon parkının mütəmadi modernləşdirilməsini, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsini, sərnişinlərə maksimum rahatlıq yaradılmasını, habelə metronun digər ictimai nəqliyyat vasitələri ilə uzlaşmasını və inteqrasiyasını təmin etməklə metropoliten şəbəkəsinin təkmilləşdirilməsindən ibarətdir.
Dövlət Proqramı çərçivəsində 2011-2015-ci illərdə aşağıdakı vəzifələrin və bu Proqramın 5-ci bölməsində göstərilmiş tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur:
 uzunmüddətli Konseptual İnkişaf Sxeminə uyğun olaraq, yeni III xətt üzrə 5 yeni stansiyanın və 1 elektrik deposunun inşa olunması, mövcud II xətt üzrə 1 elektrik deposunun və 3 yeni stansiyanın tikilməsi;
 bir neçə mövcud çıxışlı stansiyada ikinci cıxışların inşası ilə əlaqədar məsələlərin həlli;
 mövcud I və II xətlərdə müstəqil hərəkətin təşkili, habelə bu xətlərin yeni xətlərlə birləşdirən keçid stansiyalarının inşası;
 “28 May” stansiyasının yenidən qurulmasının başa çatdırılması;
 vaqon parkının yerləşdirilməsi və müasirləşdirilməsi;
 qatarların hərəkətinin təhlükəsizliyinin və sərnişin daşınmasının keyfiyyətinin artırılmasının təmin edilməsi;
 yeni tikiləcək xətlərdə platformaların uzunluğunun artırılması hesabına vaqonların sayının 5-dən 7-yə çatdırılması və bununla əlaqədər sərnişindaşımanın keyfiyyətinin və həcminin artırılması;
 elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların metro nəqliyyatı infrastrukturunda tətbiq edilməsi;
 elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizat ücün zəruri müasir avadanlığın alınması;
 metropoliten sistemində kadrların hazırlanması, onların sosial müdafiəsi;
 normativ hüquqi bazanın təkmilləşdirilməsi.

3. Maliyyə mənbələri

Bu Proqramın maliyyələşdirilməsinin təmin edilməsi aşağıda göstərilən mənbələr hesabına həyata kecirilir:
 dövlət büdcəsindən ayrılan dövlət əsaslı vəsait qoyuluşu;
 kredit vəsaitləri, texniki yardımlar və qrantlar;
 qanunvericiliyə zidd olmayan digər mənbələr.

4. Gözlənilən nəticələr
Dovlət Proqramının həyata keçirilməsi aşagıdakı nəticələrin əldə olunmasını təmin edəcəkdir:
 uzunmüddətli Konseptual İnkişaf Sxeminə uyğun olaraq, əhalinin sıx məskunlaşdığı əraziləri əhatə etməklə, prioritet hesab edilən yeni stansiyaların 2015-ci ilədək tikilib əhalinin istifadəsinə verilməsi;
 sərnişinlərin daşınmasında və onların şəhərdaxili hərəkətində rahatlığa və çevikliyə nail olunması;
 əhalini metroya cəlb etmək və istiqamətləndirməklə, digər içtimai nəqliyyat növlərinin yükünün azaldılması;
 Bakı şəhərinin nəqliyyat sistemində mövcud gərginliyin və tixacların aradan qaldırılması;
 metropolitenin sərnişin nəqliyyatının digər növləri və infrastrukturu ilə uzlaşdırılmasının və inteqrasiyasının təmin edilməsi;
 stansiyalarda və tunellərdə ən müasir texnologiyaların tətbiqi vasitəsilə əhalinin metroda gedişində maksimum təhlükəsizliyin və rahatlığın təmin edilməsi;
 yeni tunelqazma qurgu və mexanizmlərinin alınması nəticəsində metro tikintisinin sürətləndirilməsi və tikintinin maya dəyərinin aşağı salınması;
 metronun fəaliyyətinin elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatına nail olunması;
 mövcud metropoliten şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi.

5. Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün
TƏDBİRLƏR PLANI

Sıra
№-si

Tədbirin adı

İcra
müddəti

İcraçı

     Metropoliten xətlərinin Konseptual İnkişaf Sxemi üzrə layihə-smeta sənədlərinin
                      hazırlanması, tikinti-quraşdırma işləri və yeni sistemlərin tətbiqi

1.1.

Konseptual İnkişaf Sxeminə uyğun olaraq, III yeni xəttin işçi layihə-smeta sənədlərinin hazırlanması və həmin  xəttin “Elektrik deposu” -“Avtovağzal”-“M.Əcəmi-2”- “B-3”-“B-4” - “B-5” sahəsinin tikintisi

2011-2015

Bakı Metropoliteni

“Azərtunelmetrotikinti” ASC

1.2

Konseptual İnkişaf Sxeminə uyğun olaraq, mövcud II xəttin “Elektrik deposu”nun və “Azadlıq prospekti” “Y-4” sahəsinin tikintisi“H.Aslanov ”- “Y-18”- “Yeni Günəşli” sahəsinin işçi layihə-smeta sənədlərinin hazırlanması və  tikintisi

 2011-2015

Bakı Metropoliteni

“Azərtunelmetrotikinti” ASC

1.3

Konseptual İnkişaf Sxeminə uyğun olaraq, IV yeni xəttin  “Elektrik deposu” - “Yeni Yasamal” - “İnşaatçılar-2”-“M-3”-“M-4”-“Gənclik-2” sahəsinin işçi layihə-smeta sənədlərinin hazırlanması

 2011-2015

Bakı Metropoliteni

 

1.4

Konseptual İnkişaf Sxeminə uyğun olaraq,yeni metro stansiyaları və elek­trik depoları üçun tələb olunan torpaq sa­həsinin ayrılması və bu tor­paq sahələrində yerləşən ob­yektlərin kö­çü­rülməsi üçün qanun­vericiliyin tə­ləb­lərinə uygun zəruri  tədbirlərin görülməsi, tor­paq­ların ölçüləri və sər­hədləri  haqqında məlumatların əla­qədar təşkilatlara təqdim edilməsi

 2011-2012

Azərbaycan Respublikasının Na­zirlər Kabineti, Azərbaycan Res­publikasının Nəqiliyyat Na­zir­liyi, Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyi, Azərbaycan Res­publikasının Əmlak Məsə­lələri Dövlət Komitəsi, Azərbay­can Res­publikasının Dövlət Tor­paq və Xəritəçəkmə Komi­təsi, Azər­baycan Respublikasının Döv­lət Şəhərsalma  və Arxitek­tura Ko­mitəsi, Bakı Şəhər İcra Ha­ki­miy­yəti,Bakı Metropoliteni və digər əlaqədar təşkilatlar

                                     

2. Mövcud stansiyaların yenidən qurulması

 

2.1

“M.Əzizbəyov” stansiyasının yenidən qurulmasının başa catdırılması

2012

Bakı Metropoliteni

 

2.2

“Elmlər Akademiyası” stansiyasının   II çıxışının tikintisi

2011-2013

Bakı Metropoliteni

“Azərtunelmetrotikinti” ASC

2.3

28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması və mövcud                I (“H.Aslanov ”- “İçərişəhər ” xətti) və II(“Xətai”-“ VI stansiya”xətti) xətlərin sərbəst hərəkətinin təşkili

2011-2013

Bakı Metropoliteni

 

2.4

Metropoliten stansiyalarının mər­hə­lələr­lə yenidən qurulması və mü­asir avadanlıqlarla (işarəvermə, ra­bitə, tele­idarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması

2011-2015

Bakı Metropoliteni

 

2.5

Birçıxışlı “Nizami”, “İçərişəhər”, “Sa­hil” və “Xətai” stansiyalarının       II çı­xış­larının   işçi layihə-smeta sə­nəd­lərinin hazırlanması

2011-2013

Bakı Metropoliteni

 

 

3.Təhlükəsizlik  tədbirləri və maddi- texniki bazanın gücləndirilməsi

 

3.1

Metropolitenin stansiya və va­qon­la­rın­da videomüşahidə, təhlükəsizlik sis­tem­lərinin quraşdırılması

2011-2014

Bakı Metropoliteni

 

3.2

Yeni metro vaqonlarının alınması

 

2011-2015

Bakı Metropoliteni

 

3.3

Metropoliten obyektlərində, o cüm­lədən  vaqonlarda müasir yanğın  işa­rəvermə sisteminin və avtomatik  yan­ğınsöndürmə sisteminin tətbiqi

2012

Bakı Metropoliteni

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3.4

Mövcud metropoliten xətlərinin bütün yol  mənzillərində qovuşuqsuz rels döv­rələrinə keçmək şərtilə marşrut-rele mərkəzləşdirmə sisteminin əvə­zinə yeni tipli mikroprosessor mər­kəzləşməsi sisteminin layihə­ləndirməsi və tətbiqi

2011-2015

Bakı Metropoliteni

 

3.5

Dispetçer rabitəsinin və qatar radiorabitəsinin yeni texnologiya əsasında  modernləşdirilməsi

2011-2015

Bakı Metropoliteni

 

 

4 . Enerji təchizatı və elektromexanika  təsərrüfatının yaxşılaşdırılması

 

4.1

Konseptual İnkişaf Sixeminə əsasən yeni tikiləcək metro stansiyalarının və elektrik depolarının  elektrik enerjisi ilə təmin etmək üçün yeni güc mənbələrinin yaradılması, yarım­stan­siyaların tikintisi və elektrik verilişi xətlərinin çəkilməsi, metropolitenin enerji ilə fasiləsiz təmin edilməsi üçün alternetiv enerji mənbələrinin yara­dılması

2011-2015

Bakı Metropoliteni

“Azərenerji”ASC

“Bakıelektrikşəbəkə” ASC

“Bakımetrolayihə”İnstitutu

4.2

Elektrik təchizatı, dartı, paylanma, işıqlandırma və digər kabel şəbə­kələrinin yeniləşdirilməsi, 3 (üç) ədəd dartı-azaldıcı yarımstansiyanın layihə­ləndirilməsi və inşası

2011-2015

Bakı Metropoliteni

 

4.3

Metroda mikroiqlim təminatını yaxşılaşdırmaq məqsədi ilə stansiya və tunellərdəki ventilyasiya  sisteminin monitorinqi və monitorinq əsasında ventilyasiya sisteminin kompleks modernləşdirilməsi

2011-2015

Bakı Metropoliteni

 

4.4

Suxaric qurğuları avadanlığının müasir və davamlı aqreqatlarla və elektron işarəvermə və mühafizə sisteminin tətbiqi ilə modernləşdirilməsi

2011-2015

Bakı Metropoliteni

 

4.5

Motorrels nəqliyyatı parkının yeni­ləş­dirilməsi, avtodrezinlərin, tunel­yuyan aqreqatın və vaqon-labo­ratoriyanın alın­ması

2011-2015

Bakı Metropoliteni

 

                                                                

                                   5.Normativ  hüquqi bazanın təkmilləşdirilməsi

 

5.1

Metropoliten təsərrüfatı və metro tikintisi üzrə sahə normativ sənəd­lərinin təkmilləşdirilməsi

2011-2012

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma  və Arxitektura Komitəsi, Bakı Metropoliteni, “Azərtunelmetrotikinti” ASC

5.2

Yeni xətlər üçün zəruri normativ texniki sənədlərin hazırlanması

2011-2012

Azərbaycan Respublikasının Na­zirlər Kabineti, Azərbaycan Res­publikasının Dövlət Şəhər­salma  və Arxitektura Komitəsi

5.3

Mövcud xətlər və onların geniş­ləndirilmiş sahələri üçün zəruri  olan normativ texniki sənədlərin hazır­lanması

2011-2012

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Res­pub­likasının Dövlət Şəhər­salma  və Arxitektura Komitəsi

5.4

Metropoliten təsərrüfatları üzrə layihə və tikinti işləri və ixtisaslı fəhlə, orta ixtisas və ali təhsilli kadrların hazır­lanması

2011-2015

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Metro­poli­teni, “Bakı­met­ro­layihə” İnstitutu, “Azərtunelmetrotikinti” ASC