"Bakı Metropoliteni" QSC haqqında

05 Noyabr 2007 0:00

D.İ.Muqanlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Bakı metropoliteninin istismarında xidmətlərinə görə Dovran İbadulla oğlu Muqanlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2007-ci il.