"Bakı Metropoliteni" QSC haqqında

24 Noyabr 2011 0:00

"Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə"

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
30 sentyabr 2009-cu il tarixli 5 nömrəli Qərarına
dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na, Bakı Metropolitenin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. "Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 sentyabr 2009-cu il tarixli 5 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin "Tarif, qəpiklə" sütununda "15,0" rəqəmi "20,0" rəqəmi ilə əvəz edilsin.
2. Bu qərarın subyektin təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi, sərnişindaşıma xidmətləri sahəsində səmərəli fəaliyyətin təşkili məqsədilə Şuranın müəyyən etdiyi iclaslarda xidmət göstərən subyekt tərəfindən hesabat təqdim edilsin.
3. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir.

Şahin Mustafayev
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 24 noyabr 2011-ci il