"Bakı Metropoliteni" QSC haqqında

09 Aprel 1992 0:00

Bakı metropoliteninin stansiyalarının adlarının dəyişdirilməsi haqqında

Bakı Şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin qərarı

Bakı şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyəti toponimika komissiyasının təkliflərini nəzərdən keçirərək QƏRARA ALIR:

1. Bakı metropoliteninin:
  a) “28 Aprel” stansiyasına “28 May” adı verilsin;
  b) “26 Bakı komissarı” stansiyasına “Sahil” adı verilsin;
  v) “İnqilab” stansiyasına “Dərnəgül” adı verilsin.

2. Bakı metropoliteninin rəhbərliyinə tapşırılsın ki, stansiyaların adlarının dəyişdırılməsi ilə əlaqədar bütün təşkilat işlərini bir ay müddətində başa çatdırsın;
3. Bu qərarın icrasına nəzarət Bakı şəhər İcra Hakimiyyətinin aparatına tapşırılsın.

M.Əliyev
Bakı Sovetinin sədri
Bakı şəhəri,
9 aprel 1992-ci il