"Bakı Metropoliteni" QSC haqqında

27 Aprel 1992 0:00

Bakı metropoliteninin stansiyalarının adlarının dəyişdirilməsi haqqında

Bakı Şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin qərarı

Bakı şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyəti toponimika komissiyasının təkliflərini nəzərdən keçirərək QƏRARA ALIR:

1. Bakı metropoliteninin:
   a) “XI Qızıl Ordu meydanı” stansiyasına “20 Yanvar” adı verilsin;
   b) “Avrora” stansiyasına görkəmli bəstəkar Qara Qarayevin adı verilsin.

2. Bakı metropoliteninin rəhbərliyinə tapşırılsın ki, stansiyaların adlarının dəyişdirilməsi ilə əlaqədar bütün təşkilat işlərini bir ay müddətində başa çatdırsın:
3. Bu qərarın icrasına nəzarət Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatına tapşırılsın.

M.Əliyev
Bakı Sovetinin sədri
Bakı şəhəri,
27 aprel 1992-ci il