"Bakı Metropoliteni" QSC haqqında

30 Sentyabr 2009 0:00

Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli  341 nömrəli Fərmanına,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Bakı Metropoliteninin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 sentyabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

  1. Bakı Metropoliteni üzrə sərnişindaşıma xidmətinin aşağıda göstərilən tarifi təsdiq edilsin:

Sıra
№-si
 

 Göstərilən xidmətin adı 

 Ölçü vahidi

 Tarif
qəpiklə

  1.

 Sərnişindaşıma xidməti

 bir nəfər üçün bir gediş

 05,0 15,0

  1. Bu qərar 2009-cu il 01 oktyabr tarixindən qüvvəyə minir və bu xidmətə dair əvvəllər qəbul edilmiş tarif qüvvədən düşmüş hesab edilir.

Şahin Mustafayev
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 30 sentyabr 2009-cu il