"Bakı Metropoliteni" QSC haqqında

07 Noyabr 2016 0:00

Y.H.Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətinə görə Yusif Hümmət oğlu Davıdova “Əməkdar mühəndis” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.