"Bakı Metropoliteni" QSC haqqında

27 İyun 2012 0:00

Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektləri

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin,
nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında,
neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin
istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və
digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə
komissiya yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılsın:
Komissiyanın sədri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Komissiyanın üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş Prokuroruna tövsiyə olunsun ki, komissiyanın fəaliyyətində iştirak etsinlər.
3. Komissiya bu Sərəncamın 1-ci hissəsində göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırsın və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2012-ci il.