"Bakı Metropoliteni" QSC haqqında

23 Oktyabr 2003 0:00

“Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın fərmanına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2001-cı ıl 3 noyabr tarixli
596 nömrəli fərmanına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 11, maddə 704) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1) 2.1-ci bənddən “o cümlədən metro stansiyalarında” sözləri çıxarılsın;
2) Qaydalara aşağıdakı məzmunda 6-cı bölmə əlavə edilsin:
“6. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına razılıq verilməsi qaydaları
6.1. Metro stansiyalarında və metro qatarlarında reklamın yayılmasına razılıq Bakı Metropoliteni tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.
6.2. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına verilən razılıq sənədinin forması Bakı Metropoliteni tərəfindən təsdiq edilir.
6.3. Reklam metropoliten nəqliyyatının aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:
metro stansiyalarının yerüstü vestibüllərində, damlarda, vitrin şüşələrində;
kassa zallarında, yeraltı keçidlərin divarlarında;
platforma divarlarında və orta zalda;
eskalator tunellərində;
metro vaqonlarının içində ayrıca pasportlaşdırılmış sahələrdə.
6.4. Reklamla metropoliten vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.
6.5. Metropoliten vasitələrinin səthində reklamın həcmi 60 faizdən çox olmamalıdır.
6.6. Metropoliten vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə salınmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.
6.7. Metropolitendə reklam yayımına yol verilməyən səthlər:
metroya aid hər bir qurğuların, avadanlığın, aparatların uzərində;
metro vaqonlarının, banın, qapıların və yaxud şüşələrin üzərində;
metro vaqonlarının qabaq və arxa hissələrində;
metroya giriş və çıxış qapılarının üzərində.”
2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il