"Bakı Metropoliteni" QSC haqqında

16 Dekabr 2016 0:00

"Bakı Metropoliteni" QSC işçilərinin əmək intizamı haqqında Nizamnamə"də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 4 sentyabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti
işçilərinin əmək intizamı haqqında Nizamnamə"də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamə"də dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamə"də aşağıdakı dəyişikliklər edilsin:

  1. 14-cü hissənin ikinci abzasında "inzibati məsuliyyət" sözləri "intizam məsuliyyəti" sözləri ilə əvəz edilsin.
  2. 18-ci hissənin ikinci abzasında "inzibati" sözü "pozuntulara görə" sözləri ilə əvəz edilsin.
  3. 25-ci hissənin ikinci abzasında "inzibati tənbeh" sözləri "intizam tənbehi" sözləri ilə və "inzibati cəzanın" sözləri "intizam tənbehinin" sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 16 dekabr 2016-cı il