"Bakı Metropoliteni" QSC haqqında

06 Noyabr 2017 0:00

Bakı Metropoliteninin bir qrup işçisinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Bakı Metropoliteninin tikintisində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əfəndiyev Şaiq Kərim oğlu
Xankişiyev İqor Abbasoviç
Musayev Zeynalabdin Mustafa oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2017-ci il.