"Bakı Metropoliteni" QSC haqqında

17 Aprel 2018 0:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 910) ilə təsdiq edilmiş “Bakı Metropolitenindən istifadə Qaydaları”nın 5.1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“5.1.2. stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək;”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 aprel 2018-ci il
№ 159