"Bakı Metropoliteni" QSC haqqında

07 Mart 2019 0:00

“Bakı Metropolitenindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2006-cı il 9 fevral tarixli 39 nömrəli, “Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 21 noyabr tarixli 243 nömrəli, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 29 yanvar tarixli 18 nömrəli, “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 23 nömrəli, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” 2007-ci il 27 dekabr tarixli 210 nömrəli, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 5 fevral tarixli 22 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, “Bakı Metropolitenindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul
tarixli 213 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral
tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, № 2, maddə 187; 2008, № 2, maddələr 123, 130; 2015,
№ 2, maddə 242; 2016, № 3, maddələr 588, 601, 606, № 10, maddə
1717; 2018, № 1, maddə 134) ilə təsdiq edilmiş “Narkotik vasitələrin və
psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və
şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində
tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın “II. Narkomanlıq xəstəliyinə
düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin
3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.2. əlilliyi olan şəxslərə;”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21
noyabr tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, № 11, maddə 995; 2008, № 2, maddə
130) ilə təsdiq edilmiş “Mülkiyyət formasından asılı olmayaraq, tibb
müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası”nın 2-ci
hissəsindən “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29
yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, № 1, maddə 62; 2008, № 2, maddə 130;
2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1003) ilə təsdiq edilmiş
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təyin olunması və ödənilməsi Qaydaları”nın 2.3-cü bəndində “sağlamlıq
imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözləri ilə və “əlil” sözü “əlilliyi
olan” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral
tarixli 23 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 2, maddə 183; 2010, № 3, maddə 264; 2013, № 4,
maddə 448; 2014, № 2, maddə 211; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 19 dekabr tarixli 542 nömrəli Qərarı) ilə təsdiq
edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq
keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın
ödənilməsi Qaydası”nın 11.3-cü bəndində “qrup əlil” sözləri “dərəcə
əlilliyi olan” sözləri ilə əvəz edilsin.
5. “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə
güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli Qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12,
maddə 1345; 2008, № 8, maddə 787; 2009, № 2, maddə 144, № 10,
maddə 859; 2014, № 10, maddə 1330) 2-ci hissəsində “qrup əlillərə”
sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “şəxslərə” sözü
“uşaqlara,” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5
fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145; 2016, № 4, maddə
812; 2018, № 5, maddə 1106; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 21 yanvar tarixli 16 nömrəli Qərarı) ilə təsdiq
edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
6.1. 3.2.4-cü yarımbənddə “əlillərin” sözü “əlilliyi olan
şəxslərin” sözləri ilə əvəz edilsin;
6.2. 6.3-cü bəndin birinci cümləsində və 6.4-cü bənddə “əlil” sözü
“sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17
sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə
1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə
1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014;
2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779,
804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5,
maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə
1107, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1920, № 10, maddə
2175, № 11, maddələr 2443, 2444) ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
7.1. 2.8-ci, 2.15-ci bəndlərdə və 10.2.7-ci yarımbənddə “əlillər”
sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
7.2. 6.17-ci bənddə “qrup əlillər” sözləri “dərəcə əlilliyi olan
şəxslər” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19
oktyabr tarixli 179 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 10, maddə 910; 2018, № 4, maddə
807) ilə təsdiq edilmiş “Bakı Metropolitenindən istifadə Qaydaları”nın
2.9.1-ci və 4.1.4-cü yarımbəndlərində ismin müvafiq hallarında “əlillər”
sözü ismin müvafiq hallarında “əlilliyi olan şəxslər” sözləri ilə əvəz
edilsin.
9. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10,
maddə 919; 2014, № 2, maddə 205; 2016, № 11, maddə 1976)
aşağıdakı dəyişikliklər edilsin:
9.1. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin
hesablanması Qaydası”nın 2.1-ci bəndindən “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə
Əsasnaməsi təsdiq edilmiş” sözləri çıxarılsın;
9.2. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin
hesablanması Qaydası” üzrə:
9.2.1. 2.1.1-ci yarımbənddə “təyin” sözü “müəyyən” sözü ilə əvəz
edilsin;
9.2.2. 2.1.3.3-cü və 2.1.3.6-cı yarımbəndlərdə “sağlamlıq
imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin.


Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 07 mart 2019-cu il
№ 81