Burada Siz Bakı Metropoliteninin işləri haqqında tez-tez verilən suallara cavab tapa bilərsiniz

Bakı Metropoliteninə işə düzələrkən əmək müqaviləsi bağlanılırmı?

Bəli. İşçilərin işə qəbulu yalnız onlarla əmək müqaviləsinin bağlanması və dövlət qeydiyyatından keçirilməklə həyata keçirilir.

Bakı Metropoliteninə işə düzəlmək üçün nə etmək lazımdır?

Bakı Metropoliteninə işə düzəlmək üçün "Bizdə iş" bölməsindəki anketi doldurub, göndərmək lazımdır. Namizədliyiniz uyğun gəldiyi halda sizinlə əlaqə saxlanılacaq.

Bakı Metropoliteni ilə əməkdaşlıq etmək üçün nə etmək lazımdır?

Bakı Metropoliteni ilə əməkdaşlıq etmək üçün "Bizimlə iş" bölməsindəki anketi doldurub, göndərmək lazımdır. Əməkdaşlıq təklifiniz nəzərdən keçirildikdən sonra sizinlə əlaqə saxlanılacaq.