İŞƏ QƏBUL PROSESİ

Namizədlər “Bizdə iş” bölməsinə keçməli, müvafiq anketi doldurub bizə göndərməlidirlər.

İşə qəbul prosesi
1. Namizədlər “Bizdə iş” bölməsinə keçməli, müvafiq anketi doldurub bizə göndərməlidirlər.
2. Müraciətin vakansiyanın tələblərinə uyğunluğu yoxlanılaraq ilkin seçimi aparılır. İlkin seçim mərhələsinin nəticələri elektron poçt vasitəsilə namizədlərə göndərilir
3. Müraciətlərin vakansiyanın tələblərinə uyğunluğu yoxlanılaraq ilkin seçimdən müvəffəqiyyətlə keçən namizədlər test imtahanına buraxılır. Test imtahanı Cəmiyyətin Kadr komissiyası tərəfindən aparılır və sənədləşdirilir
4. Test mərhələsindən uğurla keçən namizədlər növbəti mərhələ olan peşə sınaq imtahanı və fərdi müsahibəyə dəvət olunur. Peşə sınaq imtahanı və fərdi müsahibələr Cəmiyyətin Kadr komissiyası tərəfindən aparılır və sənədləşdirilir
5. Vakansiyanın tələblərinə cavab verən və müsabiqədə yüksək nəticələr əldə edən iddiaçılar rəsmi iş təklifi alır. İş yeri ilə tanış olaraq, tibbi müayinədən keçdikdən sonra Bakı Metropoliteni QSC-də işlə təmin olunur