z

Təlim-tədris mərkəzi müasir standartlarda

Təlim-tədris mərkəzi müasir standartlarda

13 IYUN / 2022 / 10:22

Bildiyiniz kimi, "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzində keçən ildən başlayaraq təmir və yenidənqurmaişləri aparılıb. Kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi kimi tədris proseslərinin təşkil edən tədris ocağında görülmüş işlər barədə Təlim-tədris mərkəzinin rəisi Fuad Tağızadənin sözlərinə görə, 11 auditoriya otaqları, trenajor zalında, xidməti otaqlarda təmir işləri yekunlaşıb. Auditoriyalar müasir avadanlıqla, kompüterlər, elektron proyektorlar və ekranlarla təmin olunub. Akt zalı yeni dizayna uyğun qurulub. Divarlarda Bakının nəqliyyat tarixinin foto-stendləri yerləşdiriləcək.
Dəhlizdə yol, elektromexanika, elektrik təchizatı, tunel qurğuları, eskalator, işarəvermə və rabitə, hərəkət xidmətlərinin, tikinti, depolar və hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin, nəqliyyat və xüsusi texnika departamentinin fəaliyyətlərini əks etdirən stendlər, şəkillər yerləşdirilib. Divarlar da dünya metropolitenlərinin, həmçinin Bakı metropoliteninin stansiyaları haqqında qısa məlumat və şəkillər yerləşdiriləcək. 
Daha sonra Fuad müəllim yeni maşinist trenajoru haqqında danışdı. Bakı metropolitenində yeni getirilən qatarların idarə olunması üzrə təlimləri aparmaq üçün “Logos” şirkəti tərəfindən hazırlanan trenajorlar artıq quraşdırıb. Hal-hazırda proqram təminatı, müasir baza sistemi yaradılır. Yeni trenajor maşinistlərin peşə səviyyəsinin artırılmasında, yeni maşinist kadrlarının hazırlanmasında mühüm rol oynayacaq.