Gediş haqqının ödənilməsi

2015-ci il avqust ayının 8-dən Bakı metropolitenində  gediş haqqının ödənilməsi «BakıKart» sistemi ilə həyata keçirilir. Bir gediş haqqı — 0.20 AZN.

Bakıkart-ın alınması
1. BakıKART-ı almaq üçün satış və yükləmə aparatına yaxınlaşın.
2. BakıKART-ı almaq üçün satış və yükləmə aparatının ekranında “BakıKART” düyməsinə basın.
3. Ekranda kartın qiyməti göstəriləcək. Məlumatla tanış olduqdan sonra “Davam et” düyməsini basın. Kartın qiyməti 2 manatdır. Diqqət! Aparat qalıq pul qaytarmır.
4. Pulu qəbulediciyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilir. “Davam et” düyməsini basın. Daxil edilən məbləğ kartın dəyərindən artıq olduqda, artıq məbləğ karta yükləniləcək.
5. Kartınızı və qəbzinizi aparatdan götürün.
Məhdud istifadə üçün Bakıkart-ın alınması
1. Məhdud istifadə kartının alınması üçün “BakıKART Məhdud istifadə üçün” düyməsinə basın.
2. Ekranda kartın qiyməti göstəriləcək. Məlumatla tanış olduqdan sonra “Davam et” düyməsini basın. Kartın qiyməti 20 qəpikdir. Diqqət! Aparat qalıq pul qaytarmır.*
3. Gediş sayını seçin. Maksimum 4 gediş yükləmək mümkündür.
4. Pul qəbulediciyə seçilən gediş sayına uyğun məbləği daxil edin. “Davam et” düyməsini basın. Qəbzi almaq üçün “Bəli”, əks halda “Xeyr” düyməsinə basın.
5. Kartınızı və qəbzinizi aparatdan götürün.
Balansın artırılması
1. Kartınızı kart oxuyucusuna yerləşdirin. Kartda olan balans ekranda göstərilir.**
2. Balansınızı artırmaq üçün yükləmək istədiyiniz məbləği pul qəbulediciyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilir. Diqqət! Aparat qalıq pul qaytarmır.
3. Daxil edilən məbləğ karta yükləndikdən sonra son balans ekranda göstərilir və qəbzin alınması üçün “Bəli”, almaq istənilmədiyi halda “Xeyr” düyməsinə basılaraq əməliyyat sona çatdırılır.
Turniketdən keçmək
1. Kartınızı turniketin kart oxuyucusuna yaxınlaşdırın.
2. Kartı yaxınlaşdırdıqda turniket ekranının rəngi yaşıl olacaq, ekranda kartın balansı və gediş haqqı göstəriləcək.
3. Kartda kifayət qədər balans olmadıqda ekranda “Kartda balans yoxdur” məlumatı göstərilir və keçidə icazə verilmir.