z

"Xocəsən"stansiyası bir ay ərzində

"Xocəsən"stansiyası bir ay ərzində

25 YANVAR / 2023 / 12:46

2022-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi və həmin gündən istismara verilən “Xocəsən” stansiyasının fəaliyyətə başlamasından bir ay ötür. Bu müddət ərzində stansiyaya 50 min 660, yaxud orta statistik hesabla gün ərzində 1634 sərnişin daxil olub. 
Ümumən bir stansiyanın sabit sərnişin kontingentinin formalaşması bir neçə ay davam edən prosesdir. Bu, həmin istiqamətdə hərəkət edən insanların, əsasən, gündəlik nəqliyyat prioritetləri sırasında metropolitenin yerindən və stansiya istismara verildikdən sonra nəqliyyat infrastrukturunda müvafiq inteqrasiya məsələlərindən çox asılı olur.
Bir ay ərzində stansiyaya ən çox sərnişinin daxil olduğu gün 2022-ci ildə fəaliyyət göstərdiyi 9 gün ərzində 2564 nəfər (27 dekabr) olub. 2023-cü ildə isə yanvar ayının 9-u qarlı-şaxtalı hava şəraitinin ən sərt günündə olub – 2763 nəfər.