z

Marodonanın adına stansiya

Marodonanın adına stansiya

21 DEKABR / 2020 / 11:13

Neapolun hakimiyyət dairələri metro stansiyalarından birinin adını dəyişib, ona dünya şöhrətli futbolçu, dörd dünya çempionatının iştirakçısı, 1986-cı ilin dünya çempionu və həmin çempionatın ən yaxşı oyunçusu, İtaliyanın Futbol Şöhrəti zalının üzvü argentinalı Dieqo Maradonanın adını verib. Bu il noyabrın 25-də 60 yaşında vəfat edən məşhur futbolçu 1984-1986-cı illərdə Neapolun “Napoli” komandasının heyətində oynayıb.  Maradonanın xatirəsinə dərin ehtiram əlaməti olaraq, “Cumana” stansiyası bundan belə “Mostra-Stadio Maradona” adlandırılacaq. Hazırda “Napoli” komandasının tarixini əks etdirən təsvirlər bu stansiyanı muzeyə çevirib. Elə stansiyanın adı da İtaliya dilində “Marodonanın sərgi-stadionu” mənasını verir.