z

Metroda Yeni il münasibəti ilə tədbir keçirildi - FOTOLAR

Metroda Yeni il münasibəti ilə tədbir keçirildi - FOTOLAR

29 DEKABR / 2022 / 14:22

Metronun "İçərişəhər" stansiyasında Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
 Sfera.az xəbər verir ki, adıçəkilən stansiyada artıq bəzəkli retro vaqonları görmək mümkündür. Tədbirdə Şaxta baba, təlxəklər, iri oyuncaqların iştirakı ilə maraqlı şou proqram təqdim olunub. Şaxta baba tərəfindən uşaqlara hədiyyələr verilib. 1,5 saatlıq konsert proqramı azyaşlıların və digər izləyicilərin marağına səbəb olub.
 
Tədbirdən fotoları təqdim edirik:
 
Əzizə Zeynal 
 29.12.2022   
Fotolar:Anar Bayramlı

Məqaləyə istinad: