Bakı metropoliteni qatar maşinistlərinin seçimini elan edir

Bakı metropoliteni qatar maşinistlərinin seçimini elan edir

07 SENTYABR / 2022 / 10:25

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir. 

• yaşı 24-30 arasında olan kişilər və qadınlar;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.
İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır.
Elektron ərizələr 7 sentyabr 2022-ci il tarixindən 25 sentyabr 2022-ci il tarixinə qədər qəbul edilir.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.