10 Mart 2017

ELAN

Qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edilir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir.

Vakansiya üzrə tələblər:

- Əsas tələb: Qülləli kranı idarə etmə hüququnu təsdiq edən sənəd;
- İş stajı: 3 ildən yuxarı;
- Yaş: 25-45;
- Hərbi mükəlləfiyyətli.

Vəzifəsi üzrə bilməlidir:

- Təyin edilmiş peşə təlimatına əsasən qülləli kranların təhlükəsiz istismar edilməsini;
- Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını;
- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yük qaldırıcı kanatların vəziyyətini yoxlamağı;
- İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini;
- Elektrotexnika və çilingər işini.

İş rejimi

08:00-17:00


Maraqlanan şəxslər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qülləli kran maşinisti” peşəsininin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix: 31.03.2017-ci il.





Bütün xəbərlər