05 Fevral 2018

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd olunub

Dahi bəstəkarın əsərləri onun adını daşıyan stansiyada ifa olunub

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəsini gerçəkləşdirib. Fevralın 5-i görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi onun adını daşıyan stansiyada təntənə ilə qeyd olunub.
Dahi bəstəkarın xatirəsinə hörmət əlaməti olaraq təşkil olunan musiqili layihənin əsas məqsədi Azərbaycan musiqi sənətinin bənzərsizliyini gənc nəslə bir daha xatırlatmaq və sərnişinlərə xoş ovqat bəxş etmək olub. Metronun “Qara Qarayev” stansiyasının vestibülündə ilk dəfə bu gün simli kvartetin ifasında konsert proqramı təşkil olunub.
Sosial layihələri ilə ictimaiyyətin diqqətini çəkən “Bakı Metropoliteni” QSC-nin bu layihəsində də dahi bəstəkarın ölməz sənətinə ehtiram ifadə olunub. Görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət musiqili proqram sərnişinlərin ürəyincə olub.





Bütün xəbərlər