10 May 2018

Metropolitençilər Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər

Ümummilli liderin əziz xatirəsi ehtiramla yad olunub

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.
“Bakı Metropoliteni” QSC-nin rəhbər heyəti və kollektivi xalq və Vətən qarşısında misilsiz xidmətləri və müstəsna tarixi rolu olan Ulu öndərin məzarını ziyarət edib. Dahi liderin məzarı önünə əklil və gül dəstələri qoyularaq ruhuna dualar oxunulub.
“Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”, - deyən Heydər Əliyevin əziz xatirəsi hər bir metropolitençinin qəlbində daim yaşayacaq.





Bütün xəbərlər