01 İyun 2018

Bayram günlərində bir qrup metropolitençi Qusarda dincəlib

Şahdağın ətəyində üç gün

28 May - Respublika Günü və Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq mayın 26-28-də “Bakı Metropoliteni” QSC-nin 127 işçisi ailə üzvləri ilə birlikdə Qusar Olimpiya İdman Kompleksinin istirahət mərkəzində dincəliblər.
“Bakı Metropoliteni” QSC rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan istirahət proqramının birinci günü metropolitençilər şəhərlə tanış olaraq Bayraq meydanına, Nəriman Nərimanov parkına gediblər. Onlar sonrakı günün böyük hissəsini Şahdağ Qış-Yay Turizm Kompleksində keçiriblər. Orada kanat yolu ilə hərəkət edib, Şahdağı və onun ətrafındakı gözəllikləri seyr ediblər.
Günün sonunda istirahət edənlərin iştirakı ilə maraqlı musiqili axşam təşkil edilib.





Bütün xəbərlər