07 Fevral 2019

“Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılıb

Sərnişinlər digər eskalatordan istifadə edə bilərlər

"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb. 

Qeyd edək ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.
Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.





Bütün xəbərlər