20 Noyabr 2020 12:32

XÜSUSİ KARANTİN REJİMİ DEKABRIN 28-DƏK UZADILIB

Metropoliten sərnişindaşıma xidməti göstərməyəcək

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 №-li Qərarına əsasən, xüsusi karantin rejiminin müddəti 2020-ci il dekabrın 28-dək uzadılıb. 
Onu da xatırladaq ki, xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin 395 №-li Qərarına edilmiş müvafiq dəyişikliyə uyğun olaraq, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti noyabrın 2-dək uzadılmışdı.

Qərarların tam mətnlərinə istinadlar:

1. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında





Bütün xəbərlər