Bakı metropoliteni

  • Xətt:

    Qırmızı

  • Ünvanı:

    Mikyaıl Rəfili 16

  • Xətlərin sayı:

    3

  • Xətlərin uzunluğu

    38.8 km

  • Stansiyaların sayı

    26

Yaranması

Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.
Metropoliten mövcud xətlərinin uzunluğu 38,8 km olub 3 xətt üzərində yerləşən 26 stansiya və 1 elektrik deposundan ibarətdir.
Geoloji şərait nəzərə alınmaqla metropoliten stansiyaları, ada tipli olmaqla, 4 konstruksiya tipindən ibarət inşa edilib. Stansiyalardan 1-i yerüstü açıq tiplidir. 8 dərin özüllü stansiyadan 7-si tağtavanlıdır. 16 dayaz özüllü stansiyadan 3-ü tək tağtavanlı, 13-ü isə sütunludur.

 

Xronologiya

8 dərin özüllü stansiyadan 7-si tağtavanlıdır. 16 dayaz özüllü stansiyadan 3-ü tək tağtavanlı, 13-ü isə sütunludur.
Stansiyaların 18-i eskalatorlarla, 2-si liftlərlə və 1-i travolatorla təchiz edilib. Stansiyalarda 5 tipli 95 eskalator, eyni tipli 7 lift və 8 travolator fəaliyyət göstərir. Metropolitenin Qırmızı xəttinin (“İçərişəhər-Həzi Aslanov”) hazırda uzunluğu 18,80 km-dir və 13 stansiyası var. 1968-ci ildə ilk stansiyası istismara verilmiş Yaşıl xəttin (“Xətai-Dərnəgül”) mövcud uzunluğu 15,54 km-dir və 10 stansiyası var. 2016-cı il aprelin 19-da 3-cü – Bənövşəyi xəttinin üç stansiyası (“Avtovağzal”, “Memar Əcəmi” və "8 Noyabr") istismara verilib. Stansiyalar arasında məsafə 3.6 km-ə bərabərdir. Hazırda metropolitenin keçid xüsusiyyətli 4 stansiyası (Bənövşəyi və Yaşıl xətlər üzrə "Memar Əcəmi" stansiyaları, Qırmızı və Yaşıl xətlər üzrə, müvafiq olaraq, "28 May" və "Cəfər Cabbarlı") var.

Adları dəyişdirilmiş stansiyalar

"Şaumyan" - "Xətai"
"XI Qızıl Ordu meydanı" - "20 Yanvar"
"28 Aprel" - "28 May"
"Avrora" - "Qara Qarayev"
"Elektrozavod" - "Bakmil"
"26 Bakı komissarı" - Sahil"
"Bakı Soveti" - "İçәrişәhәr"
"Əzizbəyov" - "Koroğlu"

Retro vaqonlarımız

Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan “A” tipli birinci vaqon 1934-cü ilin sonunda istehsal olunub. 1935-ci il may ayının 15-də SSRİ rəhbərliyinin məhz bu vaqonda əyləşmiş nümayəndələrinin iştirakı ilə Moskva metropoliteni açılıb.
Vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var. Bu vaqon klassik dizaynı, maşinist kabinası, işıqlanma avadanlığı və sistemi, oturacaqları və başqa tərtibat elementləri ilə diqqəti çəkir.
Vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımayıb. 1960-cı illərin sonunda Bakı metropoliteni xətlərində yolların və digər infrastrukturun texniki parametrlərinin ölçülməsi məqsədi ilə xəttə buraxılan yolölçən vaqonun tərkib hissəsi olub.