z

Birləşmiş emalatxanalar

Birləşmiş emalatxanalar

Əsas vəzifəsi: eskalatorların əsaslı təmiri, avadanlıqların təmiri, ehtiyat hissələrinin və metropolitenin daxili ehtiyacları üçün müxtəlif tərtibatların hazırlanması məqsədilə təsis edilib.
Ünvan: AZ 1062 Bakı şəhəri, Ə.Qayıbov küç. 11
Yaranma tarixi: 1973-cü ildə elektromexanika (indiki - elektrik təchizatı) xidmətinin təsərrüfat sahəsi kimi fəaliyyətə başlayıb. Bakı metropoliteni rəisinin 31 iyul 1980-ci il tarixli 120 saylı əmrinə əsasən, metropolitenin ayrıca struktur vahidinə çevrilib.

Sahələri: 
•    Eskalatorların təmiri və digər avadanlıqların hazırlanması və quraşdırılma sahəsi;
•    Mexaniki-çilingər sahəsi;
•    Hermetik darvazaların istismar sahəsi;
•    Yeni təkər cütlərinin formalaşdırılması sahəsi;
•    Reklam işinin təşkili və quraşdırılması sahəsi;
•    Maşın və mexanizmlərin təmiri sahəsi;
Vəzifələri:
•    Eskalatorların vaxtında və sərnişinlərin təhlükəsiz daşınmasını təmin edən yüksək keyfiyyətli əsaslı təmirini yerinə yetirmək;
•    Eskalatorların normal işləməsi üçün ehtiyat hissələrinin və tərtibatların hazırlanmasını təşkil etmək.
•    Bakı metropoliteninin ehtiyacları üçün qeyri-standart avadanlıqların hazırlanmasını və quraşdırılmasını təşkil etmək.
•    Tikinti departamentinin sifarişlərinə əsasən böyük həcmli metal konstruksiyalar və fermalar hazırlayıb obyektlərdə quraşdırılmasını təşkil etmək.
•    “Bakı metropoliteni” QSC-nin stansiyalarında və tunellərində quraşdırılmış metal hermetik darvazalara texniki xidmət göstərmək.
•    Həm yeni detallardan, eləcə də istismardan çıxarılmış, lakin müəyyən hissələri istismara yararlı olan təkər cütü detallarından yeni təkər cütlərinin formalaşdırılmasını təşkil etmək.
Birləşmiş emalatxanaların rəisi: Naqib Kazımov
Naqib Müslüm oğlu Kazımov 1954-cü il dekabrın 4-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları fakültəsini bitirib.

Evlidir, bir övladı var.