z

Birgə fəaliyyət

Bir olaq, güc olaq!

“Bakı Metropoliteni” QSC  sərnişindaşıma xidməti ilə yanaşı, ictimai-sosial inkişafın sürətlənməsinə təkan verən layihələrin icraçısı kimi də tanınıb. Bu layihələr müxtəlif dövlət qurumları və ictimai təşkilatların yaxından dəstəyi və əməkdaşlığı cərcivəsində həyata keçirilir. "Nəriamnov" və "Gənclik" stansiyalarının keçidləri müxtəlif sərgilər (digər stansiyalarda səyyar) qalereyasına çevrilib.
"İçərişəhər", "28 May", "8 Noyabr", habelə "Sahil", "Memar Əcəmi", "Nizami", "Elmlər Akademiyası" stansiyaları isə metropolitenin əsas kütləvi mədəni tədbirlərinin məkanı kimi də tanınır.
Qatarlarda müxtəlif aksiyalar və fləşmoblar da sərnişinlərin böyük rəğbətini qazanıb.
Retro vaqonların nümayiş etdirilməsi isə sərnişinlərin ən çox diqqətini çəkən sürprizlərdir.
Xüsusi mövzularda bəzədilmiş qatarların sərnişindaşıma prosesinə cəlb edilməsi də maraqlı layihələr kimi qiymətləndirilir.
Bu günə qədər metropolitendə əlamətdar və tarixi günlər, milli bayramlar və günün aktual mövzularına həsr olunmuş müxtəlif kütləvi-mədəni tədbirlər, aksiyalar, layihələr həyuata keçirilib.
İldən-ilə zənginləşən bu layihələrə töhfə vermək, layihələr təklif etmək, birgə əməkdaşlıq etmək üçün müraciətlərinizi məmnuniyyətlə qəbul etməyə hazırıq.
Sərnişinlərə xidmət  standartlarını təkmilləşdirən "Bakı Metropoliteni” QSC  korporativ sosial məsuliyyət çərçivəsində layihələri ilə  hesabına nəqliyyat sektorundakı nüfuzunu daha da yüksəltmək sahəsindəki fəaliyyətini bundan sonra da davam etdirəcək.   

 

Müraciət üçün keçid: elektron müraciət