2015-ci il iyunun 12-də başlanmş “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində Bakı metropolitenində xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daha iki yenilik təqdim edilib.
Onlardan biri səsli elan olub. Stansiyaların sərnişin informasiya sisteminə Oyunların, yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatların, sərnişinlərin təhlükəsizliyi üçün tövsiyələrin, yarışlara bileti olan sərnişinlərin, akkreditasiya olunmuş media nümayəndələrinin, yarış iştirakçılarının metrodan istifadə qaydalarını izah edən səsli elanlar daxil edilib. Bu məlumatlar Azərbaycan və ingilis dillərində 30 dəqiqəlik intervalla səsləndirilib. Təqdim edilən məlumatda bildirilib ki, metroya daxil olan sərnişinlər videomüşahidə nəzarəti altındadırlar. Bununla belə, metroda hərəkət zamanı onlara sayıq olmaq, şübhəli şəxslər və əşyalar barədə mühafizə xidmətinin əməkdaşlarına məlumat vermək tövsiyə edilib.
Digər yenilik qatarlarda stansiyaların adlarının həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsidir. Qatarlar xətdə radio-məlumat vasitələrinə edilmiş bu dəyişikliklə hərərkət ediblər.