4 iyun 2020-ci ildə Dünya Qan Donoru Günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra qurumlara və vətəndaşlara təşəkkür edib.
Keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC-yə də mükafat və təşəkkürnamə təqdim edilib. Mərasimdə iştirak edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanova təşəkkürnamə və xüsusi təşəkkür plaketi təqdim edilib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də talassemiyalı və hemofiliyalı uşaqlara, habelə leykoz xəstəliyindən müalicə alan xəstələrə kömək məqsədilə qanvermə aksiyası hər ilin fevral ayında keçirilir. 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüsə “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı da qoşularaq aprel ayında da belə bir aksiya təşkil edib.
Tədbir zamanı tibb mütəxəssisləri aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü donorluğun, eyni zamanda, qanvermənin hər bir insanın sağlamlığı baxımından əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar.