Bu günlərdə şəhərimizin sakinləri maraqlı fləşmobun şahidi olub. Fləşmobun keçirilmə yeri isə heç kəsin gözləmədiyi halda, Bakı metropoliteni olAzərbaycan Gənclər Fondunun dəstəyi ilə bir qrup gənc Bakı metropolitenində maraqlı və kreativ aksiya həyata keçirib. Layihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini əbədiləşdirmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və dahi şəxsiyyəti özünəməxsus tərzdə yad etmək olub. Qatarlardan birində 20 nəfərə qədər musiqiçi heç kəsin gözləmədiyi halda Üzeyir Hacıbəyovun bəstələdiyi "Arazbarı" əsərini maraqlı tərzdə ifa edib. Keçirilmiş fləşmobun nəzərə çarpan əsas xüsusiyyəti isə klassik kompozisiyada istifadə olunan alətlərin əvəzinə milli alətlərdən istifadə olunmasıdır. Layihədə saz, tar, kamança, ud və digər milli alətlərdə gənclərin ifasını dinləmək olardı.
Xatırladaq ki, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlib. O, Şərqdə ilk operanın və hazırda Azərbaycan Respublikasının dövlət himninin müəllifidir.

Keçid: http://youthfoundation.az/ayin-bəyənilən-layihəsi-uzeyir-hacibəyovun-130-illiyinə-həsr-olunan-musiqili-fləsmob-tofiq-hidayətzadə/