2016-cı il may ayının 16-dan stansiyalarda vətənpərvərliyin təbliği və bu gün cəmiyyətdə xüsusi əhəmiyyətli məsələlərin aktuallığını qorumaq və ona yeni təkan vermək məqsədilə yeni sosial aksiyaya start verilib.
Tədbir çərçivəsində stansiyalarda proyektor işıqlandırması ilə xüsusi tərtib olunmuş stendlər nümayiş etdirilir. Həm elektron, həm də statik lövhələrdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin siyahısı və işğal tarixləri, vətəndaşlarımıza bir daha xatırladılır. Bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi vətəndaşların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etmək layihənin əsas məqsədlərindəndir.
Elektron proyektorlarda və stansiya divarlarına asılmış digər stendlərdə "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir", “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarların əks olunması əhali, xüsusən də gənclər arasında vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın tərkib hissəsidir.