Endi Uorhol

Mavi Merilin.

1962-ci il

Aktrisa Merilin Monronun məşhur portretini həddindən artıq parlaq boyalarla çəkən Amerika rəssamı Endi Uorhol ötən əsrin 60-cı illər incəsənətinin əsil sensasiyasına çevrildi. Həmin portret indiyə kimi çoxaldılır və surətləri çıxarılır. Uorhol belə bir qəti inamda idi ki, məşhurlar öz portretlərində ideal və qüsursuz görünməlidir: "Reklam elanları" (1960) silsiləsindən "Bundan əvvəl və sonra" rəsmi sanki "öz-özünün təkmilləşdirilmiş versiyası" kimi "Uorhola məxsus yeni simanın" anonsunu verirdi. O, sifət dərisinin qırışlarını və qüsurlarını retuşlayır, izafi buxaqları kənarlaşdırır, gözləri və dodaqları daha parlaq təsvir edir, sifətlərə ideal cizgilər əlavə etməyə çalışırdı.

Kolleksiyaçı Stiven A.Koen bu şəkli özü üçün 80 milyon dollara satın aldı.