Viktor Vasnetsov

Bahadırlar.

1881-1898-ci illər

Kətan, yağlı boya. 292,3x446 sm

Dövlət Tretyakov qalereyası, Moskva

V.Vasnetsov əsərin üzərində təxminən 20 il işləmişdir. 1898-ci il aprelin 23-də əsər başa çatdırılmış və tezliklə P.M.Tretyakov tərəfindən öz qalereyası üçün satın alınmışdır. Şəkildə Dobrınya Nikitiç, İlya Muromets və Alyoşa Popoviç kimi (rus dastanlarının qəhrəmanları olan) üç bahadır təsvir edilmişdir.