Amedeo Modilyani

Janna Ebuternın Portretı

1918-ci il

Kətan, yağlı boya. 100,3x64,5 sm

Norton Simon Museum, Pasadena, CA, USA

Janna Ebürtenin adı həmişə Amedeo Modilyaninin adı ilə birlikdə çəkilir, təəccüblü də olsa, çox acınacaqlı haldır ki, Janna Ebürtenin həyatı deyil, ölümü onunla bağlıdır. Hamıya məlum bir faktdır ki, Janna Ebürten əri Amedeo Modilyaninin ölümündən bir gün sonra özünə qəsd etmişdir və onlar eyni məzarda dəfn olunmuşlar. Janna heç 22 yaşına da çatmamışdı.