Rene Maqritt

Bəşər oğlu.

1964-cü il

Le fils de l`homme

Kətan, yağlı boya. 116x89 sm

Özəl kolleksiya

Belçikanın sürrealist-rəssamı Rene Maqritt bu əsəri avtoportret kimi çəkmişdir. Şəkildə əynində palto və şlyapa (kotelok) olan, arxasında dənizin və buludlu səmanın göründüyü divarın yanında dayanan kişi təsvir edilmişdir. Adamın sifətini qarşısında süzən yaşıl alma bütünlüklə qapamışdır. Deyilənlərə görə əsər müasir iş adamının - biznesmenin obrazından götürülmüşdür. Özü də o hələ də Adəm övladı olaraq qalır, tamah rəmzi olan alma müasir dünyada da insanı daim izləməkdə davam edir.