Edqar Deqa

Mavi rəqqasələr.

1897-ci il

Dansenses bleues

Kağız, pastel. 65x65 sm

A.S.Puşkin adına İncəsənət Muzeyi, Moskva

Əsər Edqar Deqanın yaradıcılığının son mərhələsinə aiddir, bu zaman rəssamın görmə qabiliyyəti zəifləmiş və o, böyük rəngli ləkələrlə işləməyə başlamış, şəklin səthinin dekorativ təşkilinə daha çox əhəmiyyət vermişdir. Rəqqasələr mövzusu rəssama çox yaxın idi və onun tərəfindən pastel, yağlı boya və şəkil janrında dəfələrlə təkrar olunmuşdur. Bəzi tənqidçilərin fikrincə boya ahəngdarlığının gözəlliyinə və kompozisiya həllinə görə, "Mavi rəqqasələr" əsəri həmin mövzuda Deqanın nail olduğu təcəssümün ən yaxşı nümunəsidir. Deqa bu əsəri ilə fakturanın və boya çalarlıqlarının hədsiz zənginliyinə nail olmuşdur.