Albrext Dürer

Avtoportret, 1500.

Qədim Pinakateka, Münhen, 21 may 1471-ci il - 6 aprel 1528-ci il

Müqəddəs Roma imperiyası

Alman rəssamı və qrafiki, Avropanın ən böyük ksiloqrafiya ustasıdır; o, ksiloqrafiyanı əsil incəsənət səviyyəsinə qaldırmağa nail olmuşdur. Qərbi Avropa intibahının ən böyük ustadlarından biridir, alman dilində rəssamlardan ötrü əməli vəsaitin müəllifidir. Müqayisəli antropometriyanın banisidir. Avtobioqrafiyasını yazmış ilk Avropa rəssamlarından biridir. Bu portret öz dövrünə görə portret sənətindən ötrü bir inqilabi əsərdir - sifətin ciddi anfasla (üz tərəfdən) təsviri yalnız Tanrı və müqəddəslər üçün verilirdi.