Leonardo da Vinçi

Avtoportret.

15 aprel 1452-ci il - 2 may 1519-cu il

Florensiya Respublikası

İtaliya rəssamı (rəssam, heykəltəraş, memar) və alimi (anatom, təbiətşünas), ixtiraçı, yazıçı, musiqiçi, Ali İntibah incəsənətinin ən böyük nümayəndələrindən biri, "universal insan"ın ən parlaq nümunəsi. Həmin portreti bir çox tədqiqatçılar son və təbii avtoportretlərdən biri hesab edirlər, halbuki onun Leonardoya məxsusluğu sübut olunmayıb. İlk dəfə yazıçı Merejkovski tərəfindən irəli sürülmüş belə bir versiya mövcuddur ki, məşhur "Mona Liza" şəklinin əsasına Leonardo məhz öz avtoportretini daxil etmişdir.